25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ölkəmiz son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. 2024-cü ilin aprel ayının 24-ündə ADA universitetində keçirilən COP29 haqqında form məhz bu yönümlü form olmuşdur.Xatırlatmaq istəyirəm ki, 2024-cü ildə keçiriləcək COP29 formunun Şərqi Avropa regionunda keçirilməsi fikri irəli sürülmüşdür. Azərbaycan bu regionda aparıcı ölkə olduğundan tədbirə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürmüşdür. Namizədlər içində Ermənistanın da olduğunu nəzərə alsaq və bu tədbirin bizim ölkəmizdə keçirilməsi Azərbaycanın xarici siyasətində növbəti uğuru kimi qiymətləndirilə bilər.İlk öncə bu cür beynəlxalq formların ölkəmizdəkeçirilməsinin ən önəmli cəhətini bildirmək istəyirəm:məhz bu tədbirlər Azərbaycanı dünya dövlətlərinətanıtdırır, ölkəmizlə bağlı həqiqətlər dünya mediyasında xarici ölkələrin nümayəndələrinin nəzərinə çatdırılır.Ölkə rəhbəri cənab İlham Əliyev hər zaman etdiyi çıxışlarda Azərbaycanla bağlı həqiqəti əks etdirməyən qarayaxmaları dağıtmağa çalışmış, aprelin 24-ündəkeçirilən COP29 formundakı çıxışı da məhz bu istiqamətə yönəlmişdi.Tədbirdə çıxış edən cənab İlham Əliyev öz nitqində bir neçə önəmli məsələlərə toxunmuşdur.İlk öncə COP29 formunun mahiyyətini açıqlayanölkə rəhbəri dünyada baş verən ekoloji problemlər haqqında da öz fikrini bildirmişdir. Ölkə rəhbəri Vətən müharibəsindən sonra azad olunmuş Qarabağ bölgəsinin ekoloji vəziyyətinə, Laçın rayonunda aparılmış quruculuq işlərinə, onun flora və faunasının qorunmasına diqqət çəkmişdir.Bundan başqa möhtərəm prezidentimiz öz nitqindəAzərbaycanın önəmli enerji mənbələrinə sahib olmasıhaqqında məlumat vermiş və bu sərvətlərin istehsalındaekologiyaya heç bir ziyan verilmədiyini vurğulamışdır.Prezident İlham Əliyev Xəzərdə baş verə biləcək ekoloji fəlakət barədə də məlumat verərək bildirmişdir ki, Xəzər dənizinin suyunun dayanmadan azalmasıAzərbaycan dövləti ilə yanaşı bütün dünyaya öz təsirini göstərəcəkdir. Bu problemin həlli yollarının tapılmasınındiqqət mərkəzində saxlanılacağını söyləmişdir.Möhtərəm prezidentimiz öz nitqində Azərbaycan dövlətinin dünya dövlətləri ilə o cümlədən Almaniya və Çinlə də inkişaf edən münasibətləri haqqında vurğulamışdır.Ceyran NovruzovaSuraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim
Sozcu.info