COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana hörmət və dəstəyinin təzahürüdür

Məlumdur ki, beynəlxalq münasibətlər sistemində mövqeyimiz daha da möhkəmlənir. Qeyd edək ki, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirən Azərbaycan qlobal problemin həllinə inklüziv yanaşma ortaya qoyur. Bu da ölkələr arasında əlaqələrin inkişafında mühüm amil olan etimad mühitinin qorunması və inkişaf etdirilməsinə təkan verir. 
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər payızda keçirilməsi nəzərdə tutulan COP - Tərəflərin Konfransının tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” - sıfır emissiyaya nail olmaq əsas məqsəddir.
COP29-un Azərbaycanda keçirilməsinin önəmindən danışan dövlətimizin başçısı bildirib ki, COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə” ürəkdən çalışmalıdır”, - deyə Prezident diqqətə çatdırıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin beynəlxalq forumda çıxışı zamanı ölkəmizin qazandığı uğurları dilə gətirməsi buna əyani sübutdur. Ölkə başçımızın da qeyd etdiyi kimi, biz Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyə ilə münasibətlərimizdə qarşılıqlı etimada əsaslanan əlaqələr qurmağı bacarmışıq. Qonşu dövlətlərlə yaxşı münasibətlər qura bilmişik. Bununla yanaşı, regiona mənfi təsir etməyə çalışan qüvvələrə də ölkə başçımız mühüm mesajlar verdi. Məlumdur ki, Fransa, Hindistan və Yunanıstan kimi ölkələrin anti-Azərbaycan siyasəti Cənubi Qafqazda destabilliyə xidmət edir. Digər tərəfdən Ermənistanın havadarları düşmən ölkəni hər vəchlə yeni münaqişələrə sövq etməyə çalışırlar. Məhz Ermənistanın Azərbaycana qarşı silahlandırılması prosesinin intensivləşməsi deyilənlərə əyani misaldır. Xüsusilə aprelin 5-də Brüsseldə keçirilən görüşdən sonra rəsmi İrəvana edilən "yardımların" həcmi daha da artırılıb. Rəsmi Vaşinqtondan və Avropadan keçirilən görüşün yalnız iqtisadi sahəyə həsr olunacağı bildirilsə də, bu, növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatma cəhdi idi. Lakin rəsmi Bakı regional və qlobal prosesləri yaxından izləyir və ona qarşı atılan addımları vaxtından əvvəl müəyyən edərək bütün planları alt-üst edir. Müxtəlif qarayaxma kampaniyalarının aparılması, aqressorun şirnikləndirilməsi - bütün məkrli planlar Azərbaycanın regional liderlik statusunu zədələməyə hesablanıb. Məlumdur ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü təmin etməsindən və Cənubi Qafqazda yeni reallıqlar yaratmasından sonra ölkəmizə qarşı aqressiv münasibət güclənib. Məhz ölkə başçımızın da qeyd etdiyi kimi, bu tip proseslər baş verdiyi halda, sadəcə oturub gözləyə bilmərik. Qüdrətli Azərbaycan dövləti baş verə biləcək hər hansı bir hadisədə qəti addımlar atmaqdan çəkinmir.  Bu məqamda vurğulamaq yerinə düşər ki, geosiyasi proseslərin müzakirəsi ilə yanaşı, qlobal əhəmiyyətli problemlərin həlli istiqamətində də ölkə başçımız önəmli fikirlər səsləndirdi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, respublikamızın hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin məhz respublikamıza həvalə edilməsini şərtləndirən ən əsas amillərdəndir. Xüsusilə "Yaşıl dünya naminə həmrəylik ili" Azərbaycanın iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır. Ölkə başçımız forumdakı çıxışında yaşıl iqtisadiyyatla bağlı bildirdiyi fikirlərə onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Bu səbəbdən müasir dövrdə Azərbaycanın əsas məqsədlərindən biri öz ixracatını şaxələndirməkdir. Bununla yanaşı, dayanıqlı inkişaf və enerji məsələləri ilə bağlı qeyd edildi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bu prosesə təkan verir. Xüsusilə enerji sektorundan əldə edilən gəlirlər işsizlik və yoxsulluq məsələlərinin aradan qaldırılmasına yönəldilir. 
Onu da qeyd edək kiAzərbaycanda bərpa olunan enerjiistehsalı siyasətinin strateji təməli Prezident İlham Əliyevin2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş"Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləriəsasında qoyulubHəmin sənəddə öz əksini tapan 5 MilliPrioritetdən biri "təmiz ətraf mühit "yaşıl artım"la bağlıdırBütün bunlar bir daha rəsmi Bakının yaşıl iqtisadiyyata keçidləbağlı qarşıya yeni hədəflər qoyduğunu söyləməyə əsas verirAzərbaycanın Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power Birləşmiş Ərəb Əmirliklərinin "Masdarşirkətləri arasındabərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi iləbağlı imzalanmış müqavilələr  ölkəmizin "yaşıl enerji"yəverdiyi töhfələrin bariz nümunəsidir.

Odlar yurdu Azərbaycan neft  qaz potensialı ilə yanaşı, "yaşıl enerji"yə keçid məsələsinə xüsusi diqqət ayırırQüdrətlidövlətimizin bərpaolunan enerjiyə olan marağı prioritet məsələkimi gündəmdə saxlanılırMəhz COP29 kimi mötəbər birtədbirin Azərbaycanda keçirilməsi bu sahədə inkişafperspektivlərini daha da ön plana çıxaracaq. COP29 üç CənubiQafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaqüçün fürsət yaradacaq  gələcək əməkdaşlıq üçün yolaçacaqQeyd edək kibeynəlxalq forum Laçında öz işini ötəngün yekunlaşdırıbGöründüyü kimi, 30 ölkədən 64 nüfuzluekspertin iştirakı ilə beynəlxalq beyin mərkəzlərininnümayəndələri davamlı inkişaf  yaşıl enerji ilə bağlı öztəcrübələrini bölüşüblərHəmin ekspertlər aprelin 23-də ADA Universitetində "COP29  Azərbaycan üçün Yaşıl Baxışmövzusunda beynəlxalq forumda iştirak edərək AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.
Beləliklə, ADA Universiteti  BMTM-in birgə təşkilatçılığıilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunanpanel müzakirələrdə COP29-a  Azərbaycanın yaşıl enerjisiyasətinə xüsusi diqqət yetirilməkləregionda davamlı inkişafüzrə əldə edilmiş mühüm addımlar müzakirə edilib.

Seyid Seyidov

Suraxanı RİHB-nin Zığ QİƏD üzrə nümayəndəsinin müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}