Almaniya-Azərbaycan əlaqələri öz sürətli dövrünü yaşayır

Yaşıl gündəliyi bütün dünyaya bəlli olan Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bunun bir sıra səbəbləri vardır ki, onlardan biri də Avropaya yaşıl enerjinin ixracıdır. 2022-ci ildə qəbul olunmuş  müvafiq memoranduma əsasən ölkəmiz təbii qaza tələbatı artan Avropaya qaz təchizatını həyata keçirir. 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etdiyinə baxmayaraq bu il bu rəqəm 12 milyarda çatıb. Bu göstərici həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycanın Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacağının sübutudur. Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və media turları təşkil olunur. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdırAzərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məhsulumunun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir. Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik.

Şəms İsmayılova

Suraxanı  rayonu, 208 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti