Cəbrayıllıların doğma yurdlarına qayıdışı

2020-ci il  27  sentyabrda başlanan  44 günlük  II Qarabağ  müharibəsində  Cəbrayıl şəhəri  işğaldan azad olunan ilk  bölgəmiz  oldu.  Cəbrayıl şəhərinin işaldan azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki   növbəti qələbələr üçün bir başlanğıc idi. Cəbrayıldan sonra  Hadrut və daha sonra oktyabrın 17-də uğurlu Füzuli əməliyyatı həyata keçirilmişdir.  Bu ərazilərin   mənfur düşmənlərdən təmizlənməsi heç də asan başa gəlməmişdir. Qəhrəman, yenilməz Azərbaycan ordusu  düşmən istehkamlarını yarmaq üçün misilsiz rəşadət göstərmişdir.  Müzəffər  ordumuz  qalibiyyətlə irəliləyərək digər ərazilərimizi də düşmən tapdağından azad etmişdir. Şuşa şəhərinin işğaldan azad olunması isə müharibənin həlledici anı oldu.  Ermənistan ordusu   Azərbaycanın  məğlubedilməzordusunun qarşısında duruş gətirə bilmədiyini anlayıb noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur.
Cəbrayıl şəhərinin azad olmasından dərhal sonra   Prezident  İlham Əliyemüvafiq tapşırıqlar vermişdir.  İlk  növbədə ərazi minalardan təmizləndi. Daha sonra   yol  çəkilişi, eləcə də digər abadlıq və quruculuq işləri həyata keçirildi. Qısa zaman ərrzində  əhalinin rahat  yaşayışını   təmin etmək üçün tikinti işləri həyata keçirildi. 30 il ərzində  düşmən bu yerlərdə demək olar kibir dənə də salamat bina qoymamışdı.  Lakin bu gün  Cəbrayıl şəhəri yenidən qurulur. Artıq  bu yerlərin doğma sakinləri  30 illik həsrətdən sonra öz doğma torpaqlarına  qayıdırlar.

2024-cü il  oktyabr ayının  4-də  Cəbrayılın  azad  oluduğu  gün xeyli sakin   öz doğma yurduna qovuşdu.  Möhtərəm Prezident İlham Əliyev  inşa olunan  mənzillərin açarlarını sakinlərə təqdim etdi. Bu sevinc və qürur hisslərini sözlə ifadə etmək  çox çətindir.

Əminəm  ki, Azərbaycan  xalqının  bu  tarixi qələbəsi    əbədi olacaq .  qədər ki  Azərbaycan  xalqı  var, nə  qədər ki qüdrətli  Azərbaycan  dövləti var heç bir qüvvə bizi məğlub  edə bilməyəcək.
Hüseynova Fərəh
Suraxanı rayonu, 141 saylı orta məktəbin direktoru
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti