Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Bu gün dünyanı narahat edən ən mühüm problemlərdən biri planetimizdə baş verən iqlim dəyişmələri və onların fəsadlarıdır. Bu gün baxmayaraq ki, böyük dövlətlər və BMT təbiətin qorunmasını maksimum təmin edə bilmək üçün müxtəlif beynəlxalq sənədlər imzalayıblar, atmosferə zərərli maddələrin daha çox atılması da məhz dediyimiz böyük və inkişaf etmiş dövlətlər tərəfindən olur. Bunun əziyətini çəkən isə ilk növbədə kiçik dövlətlər, o cümlədən ada dövlətləri olur.
Bildiyimiz kimi ölkəmizdə noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış etdi.
İlham Əliyev çıxışında kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir deyə qeyd etmişdir. İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu cür mühüm müzakirədə hamınızı salamlamaqdan məmnunam. Biz iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərlərini eşitmək şərəfinə nail olacağıq. Kiçik ada dövlətlərinin başçıları da COP29-u ən yaxşı COP platforması kimi qiymətləndirərək, Bakıda aparılan müzakirələrin dayanıqlı və uzunmüddətli nəticələr verəcəyinə ümidvar olduqlarını bildirdilər. Bakı COP, eyni zamanda, həssas qruplardan və icmalardan olan, iqlim dəyişikliyindən əziyyət çəkən hər kəsin səsini çatdırmaq üçün ən effektiv platforma kimi dəyərləndirildi”.Cənab Prezident bu gün bütün arenalardan hər kəsin Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olmasından, iqlim fəaliyyətində rolunun artmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahi olduğunu vurğuladı. İlham Əliyev həmin təşkilatlarda Azərbaycan dayanıqlı iqtisadi artım və müqavimət gücünü təşviq etdiyi, Qoşulmama Hərəkatında sədrlik etdiyimiz dövründə biz 80-dən artıq ölkəyə və  20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir".
Prezident İlham Əliyev Sammitdəki çıxışında Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən də bəhs etdi. Bildirdi ki, Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlətimizin başçısı onu da bildirdi ki, rəsmi Paris torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Dənizaşırı ərazilərdə olan cinayətlərə diqqət yönəldən dövlətimizin başçısı bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını diqqətə çatdırdı.
BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını diqqətə çatdırdı. Bu dövlətlər Azərbaycanın yaşıl enerji istehsalı ilə çağırışlarına və Şərqdən Qərbə uzanacaq “yaşıl dəhliz”ə böyük həvəs göstərirlər. Təbii ki, bu layihənin reallaşmasında Türkiyə və Gürcüstanın da xüsusi payı var. Eləcə də Qazaxıstan və Orta Asiya dövlətləri Azərbaycanın “yaşıl dəhliz” layihəsinə qoşulmağa hazır olduqlarını bəyan edirlər. Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışlarda da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları təqdir edildi. Bildirildi ki, COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edirlər. COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü böyük təəssürat bağışladı.
Prezident İlham Əliyevin hər bir çıxışı bəzi dünya güclərinə çağırışları ilə zəngindir. Prezident İlham Əliyev Sammitdəki çıxışında da Avropa təsisatlarına xəbərdarlıq etdi. Bildirdi ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

Rəsmiyyə Hüseynova

Suraxanı rayonu, 318 № li tam orta məktəbin direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti