İlham Əliyev XII Qlobal Bakı Forumunda çıxış edib

Martın 13-də Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev tədbirdə çıxış edərək ilk öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarlığını bildirərək qeyd edib ki, Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnundur: Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi. Həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik. Bu, olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi.
Enerji təhlükəsizliyi ilə bağlı fikirlərini dilə gətirən Prezident qeyd etdi ki, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. 
İlham Əliyev Azərbaycanın COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı etdiyini vurğulayaraq bildirdi ki, Biz nəticələrə nail olmalı idik. Burada, şaxələndirilmiş xarici siyasətimiz kömək etdi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda - Qoşulmama Hərəkatında sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik.
Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldığını qeyd edən cənab Prezident Azərbaycana qarşı aparılan geniş kampaniyaya münasibət bildirərək qeyd etdi :
Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə onları yenidən tikirik.
Ali Baş Komandan İlham Əliyev çıxışında Azərbaycanın mübarizəsinin öz ləyaqəti və haqq uğrunda savaşı olması ilə yanaşı, həm də beynəlxalq hüquq uğrunda mübarizə olduğunu qeyd etdi:” BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik ,əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı” ,- deyə mesajını verdi.
Forumda bir çox vacib məsələlərə münasibət bildirən cənab Prezident ABŞ-Azərbaycan münasibətlərinə də toxunaraq qeyd etdi: ”Ümid edirik ki, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq Sonda Prezident İlham Əliyev Forum üzvlərinə etimadını bildirərək xüsusən indi yeni ideya və yanaşmalar irəli sürəcəklərinə əminliyini ifadə edərək dəvətimizi qəbul edib bizimlə olduğuna görə minnətdarlıq edərək Foruma uğurlar arzuladı.
Elyas Cəfərov
Suraxanı rayonu,S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti