13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
21 may 2025-ci il tarixində Budapeşt şəhəri tarixi hadisəyə şahidlik etdi. Burada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü təkcə siyasi yox, həm də mənəvi baxımdan türk dünyasının güclənməsinin göstəricisinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu görüşdəki çıxışı isə Türk dünyasının həmrəyliyinə çağırış və gələcəyə inamın ifadəsi kimi yadda qaldı.
Türk Dövlətləri Təşkilatı — ortaq köklər, mədəniyyət və tarix üzərində qurulan möhkəm bir birliyin təzahürüdür. Bu təşkilatın əsasını Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi dövlətlər təşkil edir, Türkmənistan və Macarıstan isə müşahidəçi statusu ilə qatılırlar. Budapeştin bu sammitə ev sahibliyi etməsi, təşkilatın coğrafi və siyasi əhatəsinin daha da genişləndiyini göstərdi.
Prezident İlham Əliyev öz çıxışında Türk dövlətlərinin ortaq maraqlara əsaslanan əməkdaşlığının regional və beynəlxalq miqyasda yaratdığı önəmi vurğuladı. Xüsusilə nəqliyyat, enerji, iqtisadiyyat və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün atılan addımlar, TDT-nin gələcəkdə güclü beynəlxalq oyunçuya çevriləcəyinin xəbərçisidir.
Bu birlik sadəcə ortaq maraqların deyil, həm də ortaq dəyərlərin birliyidir.
Gənclər siyasəti, təhsil, rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində əməkdaşlıq isə türk xalqlarının sabitliyini və davamlı inkişafını təmin edəcək əsas sütunlardır.
Budapeşt Zirvə görüşü bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı nə keçmişə bağlı nostalji, nə də sadəcə diplomatik platformadır. Bu təşkilat, ortaq köklər üzərində qurulmuş, müasir dünyada öz sözünü deməyə hazır olan siyasi, iqtisadi və mədəni bir gücdür. Və bu güc birlikdən doğur.
Nizami Eminov
Suraxanı rayonu, 85 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info