8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
70 ilə yaxındır ki, 1 iyun təqvimi dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da qeyd edilir. Bütün təhsil müəssisələrində, dövlət qurumlarında, müxtəlif təşkilatlarda bu gün münasibətilə xüsusi mərasimlər, yarışmalar təşkil olunur və bu tədbirlərdə yaşanan xoş anlar uşaqların yaddaşında uzun müddət silinməz iz buraxır. Belə maraqlı və yaddaqalan anlardan biri də mayın 31-də "Azərkitab” Kitab Təbliğat Mərkəzində yaşandı. Burada 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Gələcək naminə uşaqları qoruyaq” adlı rəsm sərgisi keçirildi. Sərgi iştirakçılarına Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyin prezidenti Çingiz Abdullayevin, DAMM İB-nin birinci vitse-prezidenti, SMİB rəhbəri və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun və "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənovun təqdimatı ilə hazırlanmış diplomlar təqdim olunacaqdı. Azərbaycan Rəssamlar İttifaqınının, Elim Tədris Mərkəzinin, Azərbaycan Dövlət Pedeqoji Universitetinin, Azərbaycan Dövlət Pedeqoji kollecinin və Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsim dərnəyinin 150 nəfər müəllim və tələbəsinin 150 rəsim əsəri sərgidə nümayiş olundu. Sərgi iştirakçılarını təbrik edən DAMM İB-nin birinci vitse-prezidenti, SMİB rəhbəri və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xüsusi vurğuladı. O həmçinin Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlar üçün yaratdığı mükəmməl şəraitdən, onların firavan yaşamaları üçün görülən işlərdən, uşaq hüquqlarından bəhs etdi. İctimai Nəzarət Koalisiyasının sədri: -- "Bu gün burada sərgi iştirakçılarına təqdim olunan rəsim əsərlərinin hər birinin arxasında böyük bir məqsəd və düşüncə var. Biz bu gün çox sevinirik ki, bizim belə uşaqlarımız var. Onların mədəni-mənəvi aləminin zənginləşməsi, ümumən vaxtının səmərəli keçməsi üçün valideyinlərlə yanaşı dövlət tərəfindən xüsusi qayğılar göstərilir. Elə bu gün bu gözəl balalarmızın, gənclərimizin əl işlərinin sərgisinə bu xalq uğrunda bu dövlət uğrunda canından, qanından keçən Milli Qəhrəmanlarımızın, şəhidlərimizin analarının və həyat yoldaşlarının təşrif buyurmasıda bunu təsdiqləyir”- dedi. "Gələcək naminə uşaqları qoruyaq” adlı rəsm sərgisinin əsas təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqının üzvüləri Elnarə və Aygün İsgəndərova bacılarına gənclər arasında Mədəniyyətlərarası dostluğun inkişafına və Vətənpərvərliyin təbliğı mövzusunda uğurlu lahiyələr həyata keçirdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına inkişaf fondunun direktoru Ədalət Məhərrəmov tərəfindən Fondun Fəxri Diplomu təqdim olundu. "Azərkitab” Kitab Təbliğat Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsir olunmuş tədbirin sonunda rəsm sərgisi iştirakçılarına DAMM İB-nin birinci vitse-prezidenti, SMİB rəhbəri və İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov müxtəlif yaş qruplarından olan rəssamlara "Gələcək naminə uşaqları qoruyaq” sərgisinin Diplomunu təqdim etdi.
A.Məmmədli,
" Yeni Sözcü”