Beyləqan idmançılarının, ugur qazanmasında böyük payı olan Əziz Əzizov

22 Avqust 2025-ci il tarixində Şəki şəhərində Yeniyetmə və Gənclər arasinda savat idman növü  üzrə yariş keçirilmişdir.


Yarişda Beyləqan idmançiları, eyni zamanda nəvəm, Beyləqan şəhər Ramiz Abbasov adina 4 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Əli Məhərrəmzadə də iştirak edərək öz yaşidları arasinda 1-ci yerə layiq görülmüş və  hər birimizə qürur yaşatmışdır. Beyləqanlı idmansevərlər rayonda  idmanın inkişafı üçün yaradılmış hərtərəfli şəraitə görə İcra başçisi cənab Əziz Əzizova minnətdardırlar.                     

Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti tərəfindən idman sahəsində yürüdülən siyasət, Beyləqan Rayon İcra hakimiyyətinin başçisı cənab Əziz Əzizov tərəfindən daim dəstəklənir və fəaliyyətə başladığı ilk gündən idman sahəsini və idmançıları həmişə diqqətdə saxlayır, bu sahənin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər görür və nəticə qazanmış idmançıların   rəğbətləndirilməsi həyata keçirilir.  

İcra başçısinin idmana göstərdiyi diqqət və qayğı sayəsində Beyləqan idmançıları, regional və  beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək hər zaman uğurlu nəticələrə imza atırlar.    Onuda qeyd edim ki, nəvəm Əli Məhərrəmzadə də digər idmançılarla birlikdə “5 Mart- Bədən tərbiyəsi və idman günü” münasibətilə, idman sahəsindəki uğurlarına görə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov tərəfindən diplomla mükafatlandırılmışdır.                                                   Ölkədə və rayonumuzda idmanın inkişafına və idmançılara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova minnətdarlığımı bildirir, 

qazandığı yüksək nailiyyətlərə görə beyləqanlı bütün idmançıları, eyni zamanda Əli Məhərrəmzadəni, onların valideynlərini və nəticələrində böyük zəhməti olan idman müəllimlərini təbrik edir və idmançılara gələcək idman həyatlarında yeni-yeni uğurlar arzulayıram!!




Oxşar Xəbərlər

Xəbər lenti