13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Uçuş llisenziyası lazımdır
Avtomobildən istifadə eləmək istəyən şəxslərin isə həm sürücülük vəsiqəsinə, həm də uçuş lisenziyasında malik olmasının lazım olduğu bəyan edilib. "Pioneer” Fərdi Hava Avtomobili (PAL-V) üçtəkərli və ikiyerlidir.
600 kq ağırlığı olan maşının havaya qalxması üçün 164 metr uzunluğa və 30 metr enə malik uçuş-eniş zolağına ehtiyacı var.
Texnoloji sıçrayış
PAL-V şirkətinin icraçı direktoru Robert Dingemansenin açıqlamasında deyilir: "Digər uçan avtomobil istehsalçılarının bizim əldə elədiyimiz texnologiyaya çatmaları üçün hələlik qarşılarında uzun bir yol vardır. PAL-V düzgün mühəndislik xidmətlərini seçərək, isbatlanmış texnologiyalara sahib və mövcud sistemə tam şəkildə uyan bir avtomobil hazırlamağı bacardı”.
10 dəqiqədə çevrilmə
PAL-V-nin motosikletə bənzər daşıma sistemi var. Avtomobilin təpəsində yarasa qanadı kimi qatlanan və açılan robot qanadları mövcuddur. Avtomobil 10 dəqiqə içərisində adi avtomobildən uçan avtomobilə çevrilir və 8 saniyə içərisində 0-dan 100 kilometrə qədər sürət yığır.