BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Əvvəlki
Sonrakı
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Dünən, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
KEYFİYYƏTSİZ XİDMƏT, ABSURD QƏRARLAR, NARAZILIQ VƏ XƏSTƏLİK MƏNBƏYİ...
– Sərnişindaşımadakı xaos kimlərin maraqlarına xidmət edir?
2015-ci ilin dekabrın 21-də Prezidentin sərəncamı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
-
sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir;
-yol hərəkətinin təşkilində iştirak edir;
-nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;
-nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir;
-sərnişindaşıma sahəsinin inkişafını təmin edir.
Bəs Agentliyin fəaliyyətdə olduğu 6 il müddətində paytaxta nəqliyyatın əsas problemləri həll olunubmu?
İlk baxışdan xeyli dəyişikliklər var, kiçik tutumlu avtobuslar ictimai nəqliyyatdan yığışdıılıb, onları iri avtobuslar əvəz edib. Bir çox marşrut xətləri ləğv olunub, yaxud birləşdirilib, kart sistemi tətbiq edilib. BNA-nın saytında yer alan məlumata görə, hazırda 48 marşrut üzrə 965 avtobus kart sistemi ilə fəaliyyət göstərir.
Taxsi xidmətinə gəlincə, BNA 2016-2020-ci illərdə 42277 taksiyə fərqlənmə nişanı verib. Paytaxda hazırda cəmi 101 taksi dayanacağı fəaliyyət göstərir.
Dəyişikliklərdən biri də tariflərlə bağlıdır. İki il əvvəl BNA-nın təklifi ilə Tarif Şurası şəhərdaxili marşrutlarda gediş haqqını 20 qəpikdən 30 qəpiyə, şəhərətrafı nəqliyyatda isə 40 qəpiyə qaldırıb.
Paytaxta sərnişindaşıma ilə məşğul olan ən böyük şirkət dövlətə məxsusdur. “BakuBus” MMC Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi kimi yaradılıb. Prezidentin 06 iyul 2018-ci il tarixli Fərmanı ilə Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.
BNA-nın fəaliyətinə gəlincə, onu obyektiv qiymətləndirmək üçün Bakıda ictimai nəqliyyatın fəaliyyətinə diqqət etmək lazımdır. Bu gün sərnişinləri narahat edən bir neçə ciddi problemlər var:
1. Marşrut xətlərinin azalığı və həddindən artıq uzun olmas
ı. Qeyd edək ki, BNA şəhərdaxili marşrut sistemində xeyli dəyişiklər edib, nəitcədə bır sara marşrutlar ləğv edilərək başqa xətlərə birləşdirilib. Xırda sahibkarlar müxtəlif bəhanələrlə sərnişindaşımadan çıxarılıb, onların yerini məmur və ya "dost-qardaş" şirkətləri tutub.
Nəticədə sərnişindaşımada inhisar meyilləri çoxalıb, onun zərəri isə payxtat sakinlərinə dəyir. Nəqliyyat yolları yorucu və uzun olur, bu da gediş-gəlişə hədsiz vaxt sərf olunmasına gətirib çıxarır.
2. Avtobusların azlığı və onların arasında intervalın çox olması
. Məntiqlə marşrut xətlərinin sayı azaldılırsa, daşıyıcı şirkətlər intensivliyi təmin etməlidirlər. Amma tamamilə əks mənzərə yaranıb. Xüsusən səhər tezdən və işdən sonra dayanacaqlarda və avtobuslarda sərnişin sıxlığına səbəb olur.
Nəticədə pandemiya rejimi kobud şəkildə pozulur, karantin qaydalarına əməl olunmur və bu da potensial virus mənbyidir.
3. Nəqliyyatın İntelektual İdarəetmə Sistemi demək olar ki, fəaliyyət göstərmir
. 2011-ci ildə 100 milyon manatdan çox büdcə vəsaiti hesabına yaradılan bu sistem demək olar, sıradan çıxıb.
Avtobuslarda və dayanacaqlarda qurulan terminallar işləmir, yollardakı monitorlarda küçə prospektlərdə trafikin vəziyyəti düzgün göstərilmir.
Habelə işıqforların tənzimlənməsi, sərnişin sıxlığı olan istiqamətlərə avtobusların yönləndirilməsi də həyata keçirilmir.
4. BNA-nın yaranmasından 6 il ötsə də paytaxtda hələ də parklama işi bərbad vəziyyətdədir.
Agentlik mətbuata bununla bağlı qaydalar hazırlanacağın vəd etsə də heç bir iş görülməyib.
Amma şəhərin müxtəlif yerlərində bu işi qeyri-rəsmi həyata keçirən şirkətlər var. Onlar nə bələdiyyə qurumlarına, nə də Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) hesabatlı deyillər. Ümumiyyətlə bu parklama işinin təşkili səlahiyyətləri 2 il əvvəl BŞİH-dən alınaraq BNA-ya verilib.
Qeyd olunanlardan əlavə, pandemiya rejimi ilə bağlı alınan qərarlar, o cümlədən metronun uzun müddətdir bağlanması paytaxtda sərnişindaşımada ciddi problemlər yaradıb. Avtobuslarda hədsiz sıxlıq yaranıb, bu da koronavirus infeksiyasının yayılması üçün münbit şərait deməkdir.
Habelə, taksi xidmətinə tələbatın çoxalması da şəhərdə uzun tıxacların yaranmasına gətirib çıxarıb. Hər iki hal vətəndaşların və ekspertlərin sərt tənqid ünvanı olsa da vəziyyət dəyişməyib. Bu da müəyyən iddiaların ortaya çıxmasına səbəb olub. Qeyd olunur ki, gündəlik 600-700 min sərnişin daşıyan Metropolitenin dayanması sərnişin kütləsinin əksəriyyətinin avtobus nəqliyyatından istifadəyə yönəldib. Bu da iri daşıyıcı şirkətlər üçün külli miqdarda əlavə qazanc deməkdir.
Hətta bəzi mənbələr metronun açılmamasını sərnişindaşıma ilə məşğul olan iri şirkətlərin istəyi ilə bağlı olduğunu iddia edirlər.
Hökumətdə qərarverici qurumlarda əyləşən bəzi məmurların bu şirkətlərin mənafeyindən çıxış edərək, metronun bağlı qalmasına nail olduğu bildirilir.
Onların ictimaiyətə təqdim etdiyi əsaslandırmada metronun koronavirusun yayılmasına başlıca rol oynadığı qeyd olunur.
Ekspert: “Metronun bağlanması yoluxmanın azalmasına təsir etmir”
Tanınmış həkim, farmakoloq Müşfiq Hüseynov “AzPolitika.info”-ya bildirib ki, metronun pandemiyanın qarşsını almaq üçün bağlanması qərarı ilə razı deyil:
“Xatırlayırsızsa, əvvəllər pandemiya rejimində metro işləyrdi, 44 günlük Vətən savaşında bağlandı. Bunu daha çox təhlükəsizlik səbəbi ilə əlaqələndirdilər, hamı da başa düşdü. Mən də bu qərarı alqışladım, çünki ehtimal olunan terror aktları üçün metro əlverişli yerdir. Amma müharibədən sonra metro yasağı qaldırılmadı. Bu dəfə bunu pandemiya ilə əlaqələndirdilər. Hazırda avtobuslar o qədər yüklənib ki, orada sosial məsafədən, qaydaların qorunmasından söhbət gedə bilməz. Metro heç o qədər yüklənmirdi. Sadəcə olaraq metroda havalandırma sistemi yaxşı işləmədiyindən bu problem var”.
Metronun bağlanması xəstə sayına təsir edirmi?
Həkim qeyd edir ki, etmir və edə də bilməz. “Metronun bağlanması yoluxmanın qarşısını almır. Əhalinin çox olduğu yerlərində - marketlərdə, bazarlarda, avtobuslarda xüsusən havanın isti olduğu zaman maskadan düzgün istifadə olunmayacaq.
Loru dildə desək, maskanı çənədə saxlamaqla inanmıram ki, virusdan qorunma mümkündür. Mən səlahiyyət sahibi olsaydım metronu açardım, amma mərhələli şəkildə.
Avtobuslarda, yollarda trafiki azaltmaq məqsədi ilə məsələn, səhər saat 8-dən-11-ə, axşam,17-dən 20-ə qədər metronun fəaliyyətini bərpa etmək olar. Bu zaman əhali nə kütləvi şəkildə metroya, nə də ictimai nəqliyyata yüklənməyəcək.
Metronun girişində polis nəzarəti həmişə var. Bu kifayətdir ki, maskasız insanları metroya buraxmasınlar. Perronda, girişdə-çıxışda spirt qoyulsun ki, vətəndaşlar əllərini dizinfeksiya edə bilsinlər. Əslində heç buna da ehtiyac yoxdur, əksər insanlar çantasında qoruyucu məhlullar gəzdirirlər”.
Elçin
“AzPolitika.info”
Oxşar Xəbərlər
Yeni avtobuslar hansı istiqamətlərə işləyəcək? - Agentlik AÇIQLADI
Bakı Nəqliyyat Agentliyi sahibkarlığı məhv edir
DYP sürücülərə müraciət edib –Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə
3 avtobus xətdən kənarlaşdırıldı - FOTO
Xəbər lenti
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
Goranboyda AĞIR QƏZA:
ÖLƏNLƏR və yaralılar varFOTO
Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər
Narkotik şəbəkəsi ifşa edildi –
qadın və kişi saxlanıldı
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…