Vaksinə qarşı əks göstərişi olan şəxsləri nə gözləyir? - RƏSMİ AÇIQLAMA

COVID-19 əleyhinə peyvəndə əks göstərişi olan şəxslərə əks-göstəriş sertifikatlarının verilməsi planlaşdırılır.
Sozcu.info xəbər verir ki, brifinqdə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Ş.Mövsümov bildirib ki, bu istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiyalar yaradılacaq:
“Yaradılacaq komissiyalar tərəfindən vaksinə qarşı əks göstərişi olan həmin şəxslərin yoxlanışları aparılacaq. Həkim müayinəsi zamanı həqiqətən də şəxsdə əks-göstəriş müşahidə olunarsa, ona əks-göstəriş sertifikatı veriləcək. Onun da özünün müvafiq QR kodu olacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti