İdmançımız erməniyə qalib gəldi, Azərbaycan növbəti medalı qazandı

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.
Sozcu.info xəbər verir ki, təmsilçimiz, yunan-Roma güləşçisi Rafiq Hüseynov bu gün Tokio-2020-də 77 kiloqram çəki dərəcəsində təsəlliverici görüşə çıxıb. O, 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.
Bu Azərbaycan idmançılarının Tokio-2020-də qazandğı üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) da bürünc medal qazanıb.


Oxşar Xəbərlər

Xəbər lenti