Cüdo üzrə millimizin baş məşqçisi ölkədən qaçdı

Kişilərdən ibarət cüdo millimizin ukraynalı baş məşqçi Ruslan Maşurenko Azərbaycandan qaçıb.
Sozcu.info xəbər verir ki, bu haqda xəbəri Hurriyyet.az yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi heç kimə xəbər vermədən ölkəni tərk edib. 
Xatırladaq ki, bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. İclaasda kişilərdən ibarət cüdo millimizin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan göndərilib. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq isə müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.
 


Oxşar Xəbərlər

Xəbər lenti