Güzəştli mənzillərin demo qaydada seçiminə BAŞLANILDI

Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin satışı ilə əlaqədar olaraq istifadəyə verilmiş “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından bu günədək 1803 istifadəçi tərəfindən 2502 dəfə istifadə edilib.
Mənzil İnşaatı Dövlət Agentliyindən Sozcu.info-a verilən məlumata əsasən, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı üzərindən Elektron İmza və ya Asan İmza ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından istifadə edə bilərlər.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}