Azərbaycanda əhali COVID-19 xəstəliyinin ciddiliyinə inanır" _Baş infeksionist

“Bu gün Azərbaycanda əhali COVID-19 xəstəliyinin ciddiliyinə inanır. Qoyulan qaydalara da ciddi əməl edilir”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Baş infeksionist bildirib ki, qaydalara əməl edilməsi infeksiya və onun yayılmasının səngiməsinə öz töhfəsini verir:
“Bu gün ölkədə əhalinin müəyyən hissəsində xəstəliyə qarşı həssaslıq azalıb. Əgər zamanla bu tendensiya davam edərsə infeksiya üzərinə ilk qələbəmizi çalacağıq”.


Oxşar Xəbərlər

Xəbər lenti