Azərbaycanlı müğənni: “Mağazada satıcı işləyirdim, çox utancaq idim“

Müğənni Vəfa Şərifova satıcılıqdan müğənniliyə gəldiyini etiraf edib.
Sozcu.info xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramında qonaq olan ifaçı məşhur mebel mağazalarından birində satıcı işlədiyini deyib:
“Orta məktəbi bitirib şəhərə gəldim, mebel mağazasında satıcı işlədim. Məşhur yerlərdən biri idi, tez-tez müğənnilər də gəlirdi. Bir il orada işlədim, evimiz kimi idi. Məni öz övladları kimi qoruyurdular. Kirayədə yaşayırdım. Ən şirin illərimdən biri idi. İşdə hamı bilirdi ki, müğənni olmaq istəyirəm. Müdriyyət gəlib deyirdi ki, Vəfa olmaz belə, içəridə müştəri olanda oxuma, belə olmaz. Çox utancaq idim, səhnəyə çıxmağa utanırdım. Mağazada işyoldaşlarım müğənni olmaq istədiyimi bilirdilər, mağazaya məşhurlar gələndə deyirdilər ki, "Bu qızın da yaxşı səsi var". Lakin heç biri mənə kömək olmurdu”.
Həmin görüntüləri təqdim edirik:



Oxşar Xəbərlər

Xəbər lenti