“Bakıda xoşbəxt ola bilmədim, Laçına qayıdacam...“ - Fədayə


"Heç vaxt belə olmamışdım. Azadlığa çıxanda sevinmişdim, amma bu qədər deyildi”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın ATV telekanalında yayımlanan “Bizimləsən” proqramında deyib.
Verilişin virtual qonağı olan Fədayə Laçının işğaldan azad olunması barədə danışıb:
 “Qəribə hisslər yaşayıram. Rəsmi bilinəndən sonra təbriklərin əlində qaldım. Laçının gəlişi mənə hər şeyi, həyatımı qaytardı. Orada necə xoşbəxt idik. Bakıya gəldik başımıza nələr gəldi. Elə bilirəm ki, Laçına qayıdanda həmin xoşbəxtliyim qayıdacaq. Oradan gələndə 12 yaşım var idi. Yenə oradakı kimi xoşbəxt olacam".


Oxşar Xəbərlər

Xəbər lenti