Erməni deputat haray çəkdi: “Xankəndidə iki həftədir su yoxdur“

"Bir çox Stepanakert (Xankəndi - red.) sakinləri iki həftədir sudan məhrumdur, bəziləri isə fasilələrlə su alır".
Sozcu.info "Armenian News"a istinadla xəbər verir ki, bunu "Şərəfim var" blokunun deputatı Tiqran Abramyan Ermənistan parlamentinin avqustun 17-də keçirilən növbədənkənar iclasında bildirib.
O izah edib ki, ermənilərin nəzarətində olan Qarabağ ərazisindəki çay mənbələrinin 98 faizi hazırda Azərbaycanın nəzarətindəki Kəlbəcər rayonu ərazisindədir.
Deputatın sözlərinə görə, bu fakt artıq həm Qarabağ, həm də Ermənistan üçün bir böhrana işarədir, çünki bu birbaşa Sevan (Göyçə) problemi ilə bağlıdır.
"Azərbaycan mənbələrində dərc olunan kadrlarda görə bildiyim qədər, Kəlbəcər çaylarının yaxınlığında ağır texnika işləyir", - deyə deputat əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti