3-cü mikrorayon” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Oktyabrın 7-də Nəsimi rayonu, Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bu səbəbdən Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.


Oxşar Xəbərlər

Xəbər lenti