Bu ərazidə hərəkət məhdudlaşdırılır - DİQQƏT

İyulun 10-22-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi​ Bəşir Bünyadov küçəsində (Koroğlu metrosundan başlayaraq ​ “Fidan” şadlıq evi yaxınlığında “Bakıxanov” körpüsünə qədər olan hissəsində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq ​ avtonəqliyyat vasitələrinin hərəkəti  hissə-hissə məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq:
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur".​


Oxşar Xəbərlər

Xəbər lenti