"İlqar, incimə, amma düzünü deyəcəm" - Aygün Kazımovadan etiraf

Xalq artisti Aygün Kazımova müğənni İlqar Xəyalla bağlı sirri açıqlayıb.
Sozcu.info axşam.az-a istinadən xəbər verir ki, ifaçı Latviyada keçirilən "Yurmala-89" festivalı ərəfəsində başlarına gələni etiraf edib. Bu haqda "Səhər mərkəzi" proqramında danışan Kazımova İ.Xəyalın qorxudan səhnəyə çıxmadığını deyib:
"Qaya" orkestrinin rəhbəri Teymur Mirzəyev bizi Bakıdan yola saldı. Dedilər, yer tutmasan qayıtma. Dörd nəfər getdik: Samir Bağırov, İlqar Xəyal, Sevil Hacıyeva və mən. İlqar Xəyalın nömrəsi birinci idi, həyəcandan qorxdu və səhnədən imtina etdi, çıxmadı. İlqar, incimə, amma düzünü deməliyəm. Sonra yenidən müraciət etdi ki, özümü toparladım, çıxım səhnəyə. Amma rejissor razılaşmadı. Samir Bağırov kəsildi. Sevil keçdi oldu diplomat. Mən isə yarışmanın başına nə oyun açdım görmüsüz. Düz eləmişəm, mikrofonu elə qoydum, onsuz kəsildim".


Oxşar Xəbərlər

Xəbər lenti