Əməkdar artist arvadını DÖYÜB: Elə deməyi ilə vurmağım bir oldu

Əməkdar artist Cavanşir Məmmədov həyat yoldaşını döyməsindən söz açıb.
Sozcu.info lent.az-a istinadən xəbər verir ki, müğənninin sözlərinə görə, xanımı Xalidəyə yalnız bir dəfə əl qaldırıb:
"Bir həftə idi evlənmişdik. Gecə saat ikinin yarısı idi, toydan evə gəldim. Qapını açan kimi dedi ki, adam da bu vaxt evə gələr? Elə deməyi ilə vurulmağım bir oldu. Özümdən aslı olmayaraq onu vurdum. Demirəm ki, düz edib vurdum. Onu başa salmaq lazım idi. Amma elə bir yerdən gəlirdim ki, hövsələm daralmışdı. Kişi evə gələndə qadın ürəyində deməlidir ki, şükür olsun, sağ-salamat gəldi. Ondan sonra qarşısına çay qoymalısan, sonra deməlisən ki, necəsən? Mənim evimə gəlmisən ki, mənə qanun qoymağa? Yoxsa, mənə göstəriş verməyə gəlmisən?"


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}