Sabah hava necə olacaq?

Noyabrın 7-də gözzlənilən hava şəraiti açqılanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək.  
Havanın temperaturu gecə 4-8° isti, gündüz  12-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq. 
Atmosfer təzyiqi  770  mm civə sütunundan 767 mm civə sütununa enəcək. 
Nisbi rütubət 60-70 % olacaq. 
Azərbaycanın rayonlarında noyabrın 7-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}