“Niyyətimiz budur ki, haqqı çatan təqaüd, müavinət alsın” Nazir:

Milli Məclisdəki müzakirələrdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəzi deputatların pensiyaların kəsilməsi nəticəsində büdcəyə qənaət edilməsi ilə bağlı fikirlərini bölüşmədi.
Nazir bildirdi ki, onların məqsədi nə yolla olur-olsun büdcəyə qənaət etmək yox, ədaləti bərpa etməkdir. “Bu il Azərbaycanda əlillik ötən illə müqayisədə iki dəfə az təyin olunub. Keçən il 90 min idisə, bu il 45 min təyin olunub”, -deyə, nazir bildirdi.
Əlavə etdi ki, təqaüdçülərin sayında 100 min azalma ilə bağlı rəqəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus deyil, ümumi statistikadır. “Demək ki, 100 min pensiyaçı azalıb, bu, ədalətli yanaşma deyil. Niyyətimiz əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır.
Bizim hər hansı qənaət amalımız, fikrimiz yoxdur. Əksinə, niyyətimiz budur ki, haqqı çatan təqaüd, müavinət alsın”.


Oxşar Xəbərlər

Xəbər lenti