Bakıda əcaib zolaq: bu prospektin yarısı...

Bakının Rəşid Behbudov prospektində avtobus üçün qoşa zolaq ayrılıb.



Sozcu.info xəbər verir ki, prospektin Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişdiyi ərazidə avtobus üçün iki zolağın ayrılması ciddi problemlərə səbəb olur. Belə ki, prospektin az qala yarısı minik avtomobilləri üçün qadağan edilib, bu isə avtomobillərin gur olduğu ərazidə ciddi sıxlığa gətirib çıxarır.
Marşrut avtobusları üçün şəhərin mərkəzində və ən işlək küçəsində niyə iki geniş zolaq ayrılmalıdır və bunu kim, nə üçün düşünüb?
Bu sualın cavabını peşəkar sürücülər də bilmir. Çünki bu qədər əcaib bir qərara heç bir yerdə rast gəlmək mümkün deyil.
Xatırladaq ki, marşrut avtobusları üçün xüsusi zolağın çəkilməsini Bakı Nəqliyyat Agentliyi həyata keçirir.


Oxşar Xəbərlər

Xəbər lenti