“Oğlum öləndən sonra xəstəlik tapdım, başımda nəsə var...“

Övladımın vəfatından sonra şəkər xəstəliyi tapdım. Dilimdə uyuşma yaranıb. Başımda da nəsə var…”
Sozcu.info xəbər verir ki, bu sözləri oğlu bir müddət əvvəl dünyasını dəyən müğənni İbrahim Borçalı deyib.
ATV telekanalında yayımlanan “Qonağım ol” verilişinə qatılan ifaçı oğlunun ölümündən sonra xəstəlik tapdığını bildirib:
"Başımda nəsə var. Müayinə etdirmək istəmirəm. Deyirəm nə olacaqsa, olacaq. Bəziləri deyir ki, əsəbdən, stressdəndir. Elə bil insan birdən vəhşiləşir. Birdən ağlaya bilmirəm dözürəm".
Xatırladaq ki, İbrahim Borçalının 21 yaşlı övladı Rəhim ötən il avtomobil qəzasında vəfat edib.


Oxşar Xəbərlər

Xəbər lenti