28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Araşdırma Tartu Universiteti alimləri tərəfindən aparılıb. Tədqiqatçılar Estoniya Biobankının 2 500 iştirakçısı üzərində analiz apararaq 186 fərqli dərmanın bağırsaq mikrobiomuna təsirini qiymətləndiriblər.
Nəticələr göstərib ki, bu dərmanlardan 167-si mikrobiom balansına birbaşa təsir edir, 78-i isə istifadə dayandırıldıqdan sonra belə uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.
Mütəxəssislər bağırsaq mikrobiomunu “ikinci beyin” adlandırırlar. Çünki burada yaşayan trilyonlarla bakteriya təkcə həzm sisteminə deyil, immun sistemə, hormon balansına və hətta psixoloji vəziyyətə təsirgöstərir. Mikroorqanizmlərin tarazlığının pozulması isə “diskbioz” adlanan vəziyyətə gətirib çıxarır.
Hansı dərmanlar risk qrupundadır?
Araşdırmada xüsusilə bu dərman qruplarının adı çəkilir:
1. Benzodiazepinlər – Yuxu problemləri üçün istifadə olunur2. Proton pompa inhibitorları – Mədə turşusunu azaldan preparatlar3. Beta-blokerlər – Ürək-damar xəstəliklərində təyin edilir4. Metformin – Şəkərli diabet üçün5. Antidepresantlar
Alimlər bildirirlər ki, bu preparatlar bağırsaq bakteriyalarının müxtəlifliyini azalda və faydalı mikroorqanizmlərin sayını aşağı sala bilər.Mikrobiom balansının pozulması aşağıdakı problemlərlə əlaqələndirilir:
1. Həzm pozuntuları2. Allergiya və astma3. Piylənmə4. İltihabi bağırsaq xəstəlikləri5. Depressiya
Mütəxəssislər dərmanların özbaşına dayandırılmasının təhlükəli olduğunu xüsusi vurğulayırlar. Onların sözlərinə görə, hər hansı dəyişiklik yalnız həkim məsləhəti ilə edilməlidir.
Ekspertlər mikrobiomun qorunması üçün bir neçə tövsiyə verirlər:
1. Lifli qidaların (tərəvəz, meyvə, tam taxıllar) qəbulunu artırmaq2. Şəkər və həddindən artıq qırmızı ət istehlakını azaltmaq3. Mütəmadi fiziki aktivliklə məşğul olmaq4. Lazımsız dərman istifadəsindən çəkinməkAraşdırmalar bir daha göstərir ki, dərmanlar həyati əhəmiyyət daşısa da, onların uzunmüddətli təsirləri də nəzərə alınmalıdır. Sağlamlıq yalnız xəstəliyi müalicə etmək deyil, bədənin daxili balansını qorumaqdan da keçir.(yenisabah.az)