Azərbaycanda koronavirusla bağlı son statistika - 13 nəfər öldü


Azərbaycanda son sutkada koronavirusa 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 633 731 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib, aktiv xəstə sayı 12 829 nəfərdir.
Ölkədə son sutka ərzində 8 851, hazırkı dövrədək isə 6 065 279 test aparılıb.


Oxşar Xəbərlər

Xəbər lenti