5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Həkimlərdən etiraz: “Agentlik bir qərarla Tibb Universitetini yerlə-yeksan etdi”
Bəzi həkimlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni təsdiq edilən layihəsinə etiraz ediblər. Tibb işçiləri bildiriblər ki, təsdiq olunan yeni proqramda illərlə ölkəmizdə fəaliyyət göstərən həkimlərə qarşı ədalətsiz yanaşılıb.
Qeyd edək ki, yaxın günlərdə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” təsdiq edilib. Proqramda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə cəlb olunması nəzərdə tutulur. Layihə çərçivəsində həvəsləndirici əlavələrinin məbləği 6500,0 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000,0 manatdan az olmamaq şərtilə müəyyən olunur. Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir. Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir.
Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mözvu ilə bağlı bunları şərh edib: "Peşəkar, təcrübəli həkimləri narahat edən, birbaşa Tibb Universitetinin verdiyi təhsilə şübhə yaradan və Həkimləri Təkmilləşdirmə İnstitutun verdiyi sertifikatlara, ixtisasartırmalara şübhə yaradan bir qərardır. Konkret olaraq göstərilir ki, Amerika Birləşmiş Ştatlarında, Avropa İttifaqında və Türkiyədə təhsil almış həkim-mütəxəssislər dövlət tibb müəssisələrinə işləməyə cəlb olunacaqlar. Onlar təqribən 100 nəfər olacaq. Terapevtik profillər üzrə 5000 manat, cərrahi və radioloji ixtisaslar üzrə 6500 manat maaşdan əlavə məvacib veriləcək. Əslində bu yaxşı bir haldır, mütəxəssislərə artım maaşların verilməsi çox yaxşı bir haldır. Amma bu qərarda çatışmayan cəhət nədir? Həkimlər var ki, öz ölkəmizdə təhsil alıblar, ixtisasartırma kimi xarici ölkələrdə təhsil alıblar, ən ağır əməliyyatları bacarırlar, öz üzərlərində daima işləyiblər, həm savadlıdırlar, həm də bacarıqlıdırlar. Yəni orada qərarda göstərilən ölkələrdə təhsil alıb, diplom alanlar qədər bilirlər və onlardan artıq da bilirlər. Bu həkimlərin həmin proqramdan kənarda qalması, ayrı-seçkiliyin olması yolverilməz haldır. Bu, Tibb Universitetinin verdiyi diplomu şübhə altına alır. Digər tərəfdən, gənc bir abituriyent gecə-gündüz oxuyub universitetə qəbul olub, Tibb Universitetini bitirib və bundan sonra rezidenturaya daxil olub, 4-5 il də rezidenturada təhsil alıb. İndi bu qərardan məlum olur ki, 10-11 il əziyyət çəkib aldıqları diplomlar dəyərsizdir. Konkret olaraq belə bir nəticə çıxa bilər. Digər bir nüans, yazılıb ki, bu proqram 2022-2023-cü illəri əhatə edir. Bəs, bu proqrama cəlb olunan həkimlərin 2024-cü ildə taleyi necə olacaq, bu, məlum deyil. Tutaq ki, xarici ölkədən həkimləri dəvət etdilər, onlar Azərbaycanda işləməyə başladılar, bir-iki ildən sonra onların taleyi necə olacaq. Bu artım maaşı yenə də veriləcəkmi? O həkimlər yenidən gedib xaricdə iş axtarmalıdır ? Düşünürəm ki, bu qərar dəyişdirilməlidir, yenidən müzakirə olunmalıdır və daha sanballı bir sənəd ortaya qoyulmalıdır. Düzdür, kadr çatışmazlığı baxımından təqdirəlayiq bir addımdır, amma formatı dəyişdirilməlidir”.
Digər həkim Elza Xəlilova isə öz sosial media hesabından yeniliklə bağlı narazılığını bildirib: “Mənim fikrimcə, bu qərar bütün həkimlərimizə təhqirdir. Azərbaycanda öz savadı ilə təhsil alıb, xalqın sağlamlığı keşiyində duran minləlrlə həkim var. Bu həkimləri heçə saymaq heç bir məntiqə sığmır. Bu qədər ayrı-seçkilik olmaz. Həkimlərimizibu qədər aşagılamaq doğru deyıl”.
Afaq, [01.02.2022 16:15]
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova ilə əlaqə saxladıq. O, “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, Agentlik tərəfindən təsdiq edilən “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ının tibbi xidmətlərin keyfiyyətini artırmaq, vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək, ümumilikdə səhiyyənin inkişafına təkan vermək kimi bir sıra üstünlükləri var: “Belə ki, sözügedən Proqramın icrası tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qalxmasına imkan yaradacaq. Ölkəyə cərrahi və radioloji profilli ixtisaslar üzrə həkimləri cəlb etmək səhiyyənin inkişafına xidmət etmiş olacaq. Çünki layihəyə cəlb olunan həkimlərin aid olduğu sahələr üzrə ölkədə yetərli sayda mütəxəssis yoxdur. Bununla yanaşı, tibbi xidmətin keyfiyyətini artırmaq üçün yerli həkimlərin ixtisaslarını, bilik və bacarıqlarını artırmağa, müasir texnologiyalarla iş prinsiplərini öyrənməyə ehtiyacları var. Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində təhsil almış həkim-mütəxəssislər bu məsuliyyətli işi öz üzərilərinə götürmüş olacaqlar. Layihəyə qatılacaq həkimlərin 90%-dən çoxu Azərbaycan Tibb Universitetinin (ATU) məzunlarıdır. Sonradan həmin məzunlar akademik təhsilini xaricdə davam etdirib, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artıraraq səhiyyənin ən son nailiyyətlərinə yiyələniblər. Həkim-mütəxəssislər xarici təcrübəni, müasir müayinə-müalicə metodlarını tibb müəssisələrində çalışan yerli kadrlarla bölüşəcəklər, onların ixtisasları üzrə bilik və bacarıqlarının artmasına töhfə verəcəklər.
Əlbəttə ki, ATU-da tədris edilən 11 illik təhsil danılmazdır. Lakin onu da qeyd edək ki, ölkədə rezidentlərin hazırlanmasına 9 il, Türkiyədə 30 il, digər Avropa ölkələrində isə daha əvvəldən başlanılıb. Müasir metodologiyaları ATU-da öyrətmək hazırda mümkün deyil. Yeni metodologiyaları bilmək və tətbiq etmək üçün xarici dil biliklərini akademik səviyyədə bilmək, beynəlxalq tendensiyaları izləmək, elmi məqalələri oxumaq lazımdır. Xaricdə oxuyan gənclər bu işin öhdəsindən gəlirlər. Onlar öz nəzəri və praktiki biliklərini xəstəxanadakı onlarla həkim həmkarları ilə bölüşə bilərlər. Xaricdə təhsil almağa, biliklərini təkmilləşdirməyə imkanı olmayan həkimlər üçün bu çox yaxşı fürsətdir.
Onu da qeyd edim ki, ölkəyə cərrahi və radioloji profilli ixtisaslar üzrə həkimləri cəlb etməklə səhiyyənin inkişafına imkan yaranacaq. Çünki layihəyə cəlb olunan həkimlərin aid olduğu sahələr üzrə ölkədə yetərli sayda mütəxəssis yoxdur (məs. invaziv radioloq, torokal cərrah, neonatoloq və s.)”.
Agentlik rəsmisi onu da əlavə edib ki, ölkəmizdə çalışan yerli həkimlərə qarşı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz: “Çünki TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlər arasında səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına əsasən yüksək məbləğdə həvəsləndirici əlavə alanlar var. Məsələn, ümumi cərrah 21 642 manat, oftalmoloq 12 329 manat, mama-ginekoloq 9195 manat, həkim-radioloq 5312 manat məbləğində aylıq həvəsləndirici əlavələr alan həkimlər fəaliyyət göstərirlər.
Proqramın icrası mütəxəssislərin ölkəyə cəlb edilməsi üçündür və müvəqqəti xarakter daşıyaraq 2 il üçün nəzərdə tutulub. Daha sonra həmin mütəxəssislər də yerli kadrlar kimi bərabər şərtlərlə xidmət göstərəcəklər və səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq həvəsləndirici əlavələr alacaqlar”.
Oxşar Xəbərlər
Maaşa görə prezidentə müraciət edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA
Bu il Azərbaycanda 211 uşaq ürəyindən əməliyyat olub
Bəzi tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Milli Məclis xəstəxanalarda vahid qiymətlərin olması barədə layihəni təsdiqləyib
Xəbər lenti
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək