Bu il Azərbaycanda 211 uşaq ürəyindən əməliyyat olub

Bu il yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub.
Bu barədə Sozcu.info-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyatlar agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində həyata keçirilib. Əməliyyat olunan şəxslər arasında 2-3 aylıq körpələr də olub.


Oxşar Xəbərlər

Xəbər lenti