Suraxanıda şəhidin xatirəsinə bulaq-abidə kompleksi inşa edildi -Fotolar

Vətən müharibəsinin şəhidi Səmədli Elşən Bayram oğlunun doğum günündə adının əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilib.
Sozcu.info xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, şəhidin doğmaları və yaxınları iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirib ki, dövlət başçımız İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Daha sonra, şəhid Səmədli Elşən Bayram oğlunun məzun olduğu R.Ənnağıyev adına 141 saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii hissə nümayiş olunub.
Mərasimdən sonra şəhidin Əmircan qəsəbəsi, Şəhidlər xiyabanında məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilib.
Sozcu.info








Oxşar Xəbərlər

Xəbər lenti