Martdan "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər

Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər. Hesab edirəm ki, proses qısa müddətdə yekunlaşacaq".
Bunu Sozcu.info-nun sualını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, bu günə qədər 6 qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib: "Onlara aylıq təqaüdün verilməsi başlanılıb. Bu ay ərzində Müdafiə Nazirliyinin şəxslərin siyahısının verilməsi gözlənilir. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır. Statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.


Oxşar Xəbərlər

Xəbər lenti