21 Azərbaycan vətəndaşı Ukraynadan Macarıstana keçdi

21 Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub.

Sozcu.info xəbər verir ki, bu barədə Budapeştdə fəaliyyət göstərən "Azərbaycan Evi"nin rəhbəri İbrahim Səfərli məlumat yayıb.

Həmvətənlərimiz sərhəd-keçid məntəqələrinin olduğu şəhərlərdən paytaxt Budapeştə aparılıb. Onlar Budapeştdə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə, habelə bu şəhərdə yaşayan həmvətənlərimizin mənzillərində, eləcə də mehmanxanalarda yerləşdirilib.


Oxşar Xəbərlər

Xəbər lenti