Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək

Odessada yaşayan bir qrup azərbaycanlının sabah təxliyə ediləcəyi gözlənilir.
Bu barədə Sozcu.info-ya Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, sabah Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur: “Bunun üçün 2 avtobus ayrılıb. Daha iki avtobusun ayrılması üçün də çalışırıq. Hazırda nəqliyyat vasitəsi tapmaq çox çətindir”.
Rövşən Quliyev qeyd edib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib.
O diqqətə çatdırıb ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.


Oxşar Xəbərlər

Xəbər lenti