Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - TƏBİB sədri AÇIQLADI

Şəkərli diabet xəstələri dərman təminatının yaxşı olmadığını bildirirlər. Hətta bununla bağlı bir neçə dəfə xəbərlər də təqdim etmişik. TƏBİB-in idarə heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov bu iddialara münasibət bildirib.
TƏBİB-in rəsmisi həmçinin etiraf edib ki, bəzi kəndlərdə standartlara cavab verməyən tibb məntəqələri hələ də qalmaqdadır. O, problemin nə vaxt aradan qaldırılacağına da aydınlıq gətirib.
Şəkərli diabetdən əziyyət çəkən bəzi insanlar dərman preparatlarının çatışmazlığını iddia edirlər. TƏBİB-in idarə heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov iddialara münasibət bildirib. Onun sözlərinə görə regionlara aylıq dərman təminatı geçikmə olmadan edilir. lakin insanlar bütün dərmanları bir gündə almaq istəyirlər. Nəticədə dərman çatışmalığı kimi hallar meydana gəlir.
TƏBİB-in rəsmisi bəzi kəndlərdə olan tibb məntəqələrindəki vəziyyətədə münasibət bildirib. Vüqar Qurbanovun sözlərinə görə standartlara cavab verməyən tibb məntəqələri hələ də qalmaqdadır. Amma yaxın vaxtlarda bu problem kökündən həll olunacaq.
Vüqar Qurbanovun sözlərinə görə, bəzi regionlarda həkim çatışmazlığı da var. Bunun qarşısını almaq üçün dövlət qrumları tərəfindən müxtəlif layihələr həyata keçirilir.
Vüqar Qurbanov bildirib ki, hazırda əsas məqsəd insanların alacağı tibbi xidməti onlara yaxın olan yerdə göstərməkdir.


Oxşar Xəbərlər

Xəbər lenti