Manaf Ağayev AZADLIĞA ÇIXIR

Manaf Ağayevin azadlığa çıxacağı tarix məlum olub.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, M.Ağayevin həbs müddəti martın 4-də bitir.
Müğənni sabah azadlığa buraxılacaq.
Qeyd edək ki, Manaf Ağayev fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutkalıq inzibati qaydada həbs edilib. Buna səbəb isə müğənninin işğaldan azad edilən Füzuli şəhərinə qanunsuz səfər etməsi olub. (Lent.az)


Oxşar Xəbərlər

Xəbər lenti