Bu gün Amnistiya Aktının icrası başa çatır

Bu gün 8 Noyabr- Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrası başa çatır.
Bu barədə Sozcu.info-nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı martın 11-də nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.


Oxşar Xəbərlər

Xəbər lenti