FHN-nin şöbə rəisi atasını evdən qovdu: "Pensiyamı da əlimdən alıb" - VİDEO

FHN-nin əməkdaşı illərin polis nəfəri olan atasını evdən qovub.
Sozcu.info xəbər verir ki, bu barədə o, Space TV-də Amil Xəlilin «Gəl, danış» layihəsində canlı yayımında məlumat verilib. Şikayətçi Lətif Tağıyevin sözlərinə görə oğlu və arvadının fikirlərinə qarşı çıxdığı üçün ona «dəli» adı veriblər. Daha sonra evə çağrılan xüsusi birqada vasitəsilə onu zorla psixi dispanserə yerləşdiriblər. Daha sonra məhkəmənin qərarı ilə ona qəyyumluq əldə edilib. 
Qərarda isə, Lətif Tağıyevin anlaqsız olması, özünü idarə edə bilməməsi və psixi problemlərinin olması qeyd edilib. Verilişdə olan ekspertlər isə yaşlı kişinin normal düşüncələrini ifadə etdiyini xüsusi olaraq qeyd ediblər. 
«1500 manata yaxın pensiya alıram. Oğlum onu da ələ keçirib. Mənim qarşı çıxdığım alqı-satqı işini də həll edib. Bir ilə yaxındır bacımgildə qalıram. Heç kim mənimlə maraqlanmır. Bəs mən necə dəliyəm?» deyə Lətif Tağıyev qeyd edib. 
 
Qeyd edək ki, Lətif Tağıyev Qarabağ döyüşlərində də iştirak edib, Oğlu isə FHN-nin Müşviqabad qəsəbəsində yerləşən  bölməsinin şöbə rəsidir.
Həmin görüntüləri təqdim edirik:



Oxşar Xəbərlər

Xəbər lenti