Kurikulum ləğv olunmayıb - Rəsmi

Bu gün qəbul edilən qərar 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir”.
Sozcu.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov öz şəxsi “Facebook” hesabında yazıb.
“2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanuna əsasən, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” yenilənərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli 351 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq edilib.
 Dövlət standartı əsasında “Məktəbəqədər təhsil proqramı (kurikulum)” hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Bu səbəbdən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilmiş hesab olunur.
Xatırladaq ki, bu, 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir”.


Oxşar Xəbərlər

Xəbər lenti