İstilik tarifləri 25 qəpiyədək artırıla bilər - RƏSMİ

"İstilik tariflərini 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır".
Sozcu.info xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, xarici ekspertlər tariflərin artırılmasını təklif edir: "Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil".


Oxşar Xəbərlər

Xəbər lenti