12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
"Sabirabadda azyaşlı qızın toyu ləğv edildi".
Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. Qeyd edək ki, qurum sədri ötən gün Sabirabada rayonunda 9-cu sinif şagirdinin qız toyu olduğunu açıqlamışdı. Onun sözlərinə görə, azyaşlı qızın 2 həftə sonra oğlan toyu olacaqmış.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə üzərindən açıqlama yayaraq bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılır:
"Vaxt təyin olunan toy mərasimin keçirilməsinin qarşısı alınıb. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaqdır".
Azərbaycanda məktəbli qız evləndirilib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, toy Sabirabad rayonunda olub:
“Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir”.