12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin sakini Qadir Şəkərov "Hürriyyət"ə müraciət edərək bildirir ki, Birinci Qarabağ müharibəsində döyüş vaxtı yaralanmasına baxmayaraq, ona əlillik verilmir. İki övlad atası olan Qarabağ Qazisinin maddi durumu gündən-gündən pisləşməkdədir. O ayağından xəsarət almaqla yanaşı, astma xəstəliyindən də əziyyət çəkir:
"Mən Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Tər-tər Goranboy bölgələrində 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon Buzqov kəndindən həqiqi hərbi xidmətə çağrılmışam. Tərtər-Goranboy bölgələrində döyüşlərdə iştirak etmişəm. Erməni şərəfsizlərinin atəşkəs rejimini pozmaları nəticəsində ayağımdan yaralandım. Bir müddət Tərtər hospitalında yatmışam. 1996-cı ilin yayında ordudan tərxis olundum. O vaxtdan indiyə qədər əlilliyimi ala bilmirəm. Sənətlərimi toplayıb, onlayn qaydada göndərdim. Mənə imtina cavabı göndərdilər. Deyirlər ki, gərək ayağın olmasın ki, sənə pensiya verə bilək...Amma mən elə adamlar tanıyıram ki, heç müharibədə olmayıb və yaralanmayıb. Amma onlar Qarabağ əlilliyini alır, təəssüf ki, mən ala bilmirəm. Ayağımı TİBBİ rezinli bintlə hər gün sıxıb bağlayıram ki, ağrı azalsın. Astma xəstəliyindən də əziyyət çəkirəm. Ayağımın ağrılarına dözə bilmirəm. Yaşlandıqca ayağım daha da pis ağrayır. Sizdən xahiş edirəm ki, əlilliyimi almağıma mənə köməklik edəsiniz. Yeni Suraxanıda kəndçimin üstünə qeydiyyata düşmüşəm. Öz evim yoxdur. Gündəlik işlərə gedirdim. Hazırda ayağımın ağrısı işləməyə imkan vermir. Astma xəstəliyindən boğuluram. Bu baxımdan işləyə bilmirəm. Ailə vəziyyətimiz gündən-günə ağırlaşır. Kommunal xərcləri ödəyə bilmirik. Artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik göstərəsiniz".
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova "Hürriyyət"ə məsələnin araşdırıldığını bildirib:
"Bakı şəhər sakini Şəkərov Qadir Paşa oğlu 24.01.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Şəxsin hazırkı vəziyyətinin əyani müayinəsi zamanı sol budun orta 1/3-nin yan səthində səthi çapıq sahəsi qeyd olunsa da, verilən bütün funksional sınaqları yerinə yetirmiş, əlillik təyinatına əsas verən əzələ atrofiyası, hərəki məhdudluq izlənilməmişdir. Bu səbəbdən“Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik təyinatına əsas verməməsi barədə qərar qəbul edilmişdir".