"WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Bu 9 səhv ...


Mesajlaşma, video və audio söhbət proqramı olan “WhatsApp”, dünyada ən çox istifadə edilən smartfon proqramlarından biri kimi seçilir.

Sozcu.info Manşet.az-a istinadən xəbər verir ki, “whatsApp”dan istifadə edərkən diqqət etməli olduğunuz bəzi səhvlər mövcuddur.. Bunlar aşağıdakılardır.
- “WhatsApp”da təsdiqlənməmiş xəbərlər, nifrət mesajları və ya həssas şayiələr yaymayın. Ən çox yayılmış səhvlərdən biri də “WhatsApp” qruplarından nəzəriyyələrin sürətlə yayılmasıdır.

- Status mesajlarınızı "WhatsApp"da açıq şəkildə paylaşmayın. Yalnız nömrələri kontaktlarınızda olan insanların onu görə biləcəyinə əmin olun.

- Hər kəsin sizi “WhatsApp” qruplarına əlavə etməsinə icazə verməyin. Yalnız dostlarınızın sizi qrupa əlavə etmək icazəsi olduğundan əmin olun.

- Hər kəsi “WhatsApp” hesabınıza qəbul etməyin. Əlaqə siyahınızdan uyğun olmayan kontaktları silin və ya bloklayın.

- "WhatsApp"dakı profil şəklinizin sizin haqqınızda çox şey aşkar etmədiyinə əmin olun.

- “WhatsApp” hesabınızı təhlükəsiz saxlamaq üçün "İki addımlı doğrulama" pinini əlavə etməyi unutmayın.

- Telefonunuzun qalereyasına yükləmək üçün media fayllarını avtomatik əlavə etmək seçimini söndürün.

- "WhatsApp"da insanların şəxsi şəkillərini və ya şəxsi video kliplərini paylaşmayın. Bu, şəxsi həyatın toxunulmazlığını pozduğu üçün ona qarşı tədbir görülməsinə səbəb ola bilər.

- Başqasının adından istifadə edərək “WhatsApp” hesabı açmaq kimi səhvlərə yol verməyin. Bu, ağır cinayətdir.



Oxşar Xəbərlər

Xəbər lenti