7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
İyulun 10-a gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.