12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
“Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənəgöstərilən bu böyük etimada görə Azərbaycanvətəndaşlarına, Azərbaycan xalqına hörmətimi,məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımınsonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütünfəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafınasərf edəcəyəm.” - Heydər ƏliyevMüstəqil dövlətçiliyimizin həyatında əlamətdar günlərdən biridə 1993-cü ilin 3 oktyabr günüdür. 1993-cü ildə keçirilmişPrezident seçkiləri Azərbaycan xalqı ücün mühüm tarixi hadisə,müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilkpilləsi idi. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizinqorunması, vətəndaş müharibəsi təhlükəsinə, separatçımeyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikasıilə atəşkəs elan olunmuşdur.Bu seçkilərdə Azərbaycan xalqı doğru seçim edərək yüksəksəs coxluğu ilə öz böyük oğlunu, Heydər Əliyevi Prezidentseçmiş və həmin seçimlə də bugünkü Azərbaycan dövlətinintəməli qoymuşdur.Heydər Əliyev ölkənin və xalqın ən ağrılı anında xilaskarlıqmissiyasını yerinə yetirdi. 1991-1993-cü illər ölkəmizin müasirtarixində özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimixatırlanır. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyinisarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətəqayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsindəictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğvedilmiş, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılmışdırvə 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonradavam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik,regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətininyaradılmasına səbəb olmuşdu. Ölkəmizin sürətli inkişafı, xalqınrifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlıxarakter almış, respublikamız yerləşdiyi regionda və dünyadasöz sahibinə çevrilmişdir.
Xalqın çağırışı ilə Ümummilli Liderin 1993-cü ildə Bakıyagəlişi Vətənin xilası, xalqın qurtuluşu idi. İndi siyasi baxışlarındanvə dünyagörüşündən asılı olmayaraq, hər kəs etiraf edir ki, əgərbu əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi uluöndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi bizmüstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən vədemokratiya yolunda inamla irəliləyən və qalib bir ölkə kimi fəxrlədanışa bilməzdik.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü iloktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsiölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Bu gün əldəetdiyimiz bütün nailiyyətlərimiz, Vətən müharibəsində qazanılanmöhtəşəm Zəfərin əsası da məhz 1993-cü il oktyabr 3-dənqoyulub. Ümummilli lider Heydər Əliyevin çıxışlarında vəsiyyətetdiyi kimi bu gün Şuşaya da, Laçına da, Ağdama da, Füzuliyədə,Cəbrayıla da, Zəngilana da, Qubadlıya da, Kəlbəcərə dəgedirik və bayramlarımızı orada qeyd edə bilirik. Rəşid Heydərov
Suraxanı rayon Gənclərvə İdman İdarəsinin başməsləhətçisi