28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Sozcu.info xəbər verir ki, "Azərişıq" ASC-nin məlumatına görə, bu gün Sumqayıt şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Məlumatda deyilir: "Sumqayıt Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə 110/10 kV-luq “Sumqayıt-2” yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 31-də elektrik xətləri sifarişə əsasən açılacaq.Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək 6, 9, 10, 12, 13-cü mikrorayonlar, 47, 48-ci məhəllə, Yaşıldərə yaşayış massivi, Corat və Saray qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq".