12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Misirin paytaxtı Qahirədə Qəzza ilə bağlı atəşkəs razılaşmasının həyata keçirilməsi mexanizmlərinin müzakirə olunduğu görüş müsbət atmosferdə keçib.
Sozcu.info xəbər verir ki, bu barədə “Əl-Qahirə Nyus” telekanalına etibarlı mənbədən məlumat daxil olub.
Bildirilib ki, sazişin həyata keçirilməsi üçün bütün zəruri tədbirlər, o cümlədən Qahirədə birgə “əməliyyat otağı”nın yaradılması razılaşdırılıb. Mənbə müqavilənin müddəalarına əməl olunmasını və effektiv koordinasiyanı təmin etmək üçün “əməliyyat otağı”nda Misir, Fələstin, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirak edəcəyini vurğulayıb.
Qeyd edək ki, iki gün öncə HƏMAS və İsrail arasında atəşkəs razılaşması əldə olunub.
Axar.az