12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar ölkədə universitetlərdə 2022-2023-cü illəri əhatə edən yaz sessiyasına dair yeni açıqlama verib.
Sozcu.info xəbər verir ki, o, ölkədə 2022-2023-cü illəri əhatə edən təhsil prosesinin onlayn olaraq həyata keçirilməsinə qərar verildiyini bildirib:
“Prosesin yaz sessiyası ilə məhdudlaşdırılması ilə bağlı bəzi qərarlar verilib. Alınan qərarlar aprel ayında yenidən nəzərdən keçiriləcək və əyani qayda ilə birlikdə hibrid təhsil sisteminin tətbiq edilməsinə baxılacaq”.
Özvarın sözlərinə görə, ölkədə yaz sessiyası fevralın 20-si onlayn qaydada başlaya bilər.
Xatırladaq ki, Türkiyədə daha əvvəl təhsilin yaya qədər onlayn olması barədə qərar verilib. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan universitetlərin hamısının yataqxanalarının zəlzələdən əziyyət çəkənlərə xidmət edəcəyini açıqlayıb. (qafqazinfo)