Alimlər açıqladı: Dünyanın sonu çatanda yalnız bu 5 ölkə dağılmayacaq


Mütəxəssislərin fikrincə, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv edilməsi, koronavirusdan daha pis pandemiya və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər.

Sozcu.info xarici KİV-ə istinadən xəbər verir ki, bu baxımdan dünyanın sonu gələndə ən təhlükəsiz hesab edilən ölkələr müəyyənləşdirilib.


Ads by
0
Reklamınızı SmartBee ilə eff
Bu barədə araşdırma “Sustainability” jurnalında yer alıb. Qeyd olunub ki, artan əhali, qlobal istiləşmə və iqtisadi ziyana səbəb ola biləcək vəziyyətlərdən sonra qiyamət ssenarisinin reallaşarsa, yalnız 5 ölkə ayaqda qalacaq.


Hansı ölkələrin belə bir çöküşə daha dözümlü olacağı qiymətləndirilən zaman ölkələrin öz əhalisi üçün ərzaq yetişdirmək, sərhədlərini kütləvi miqrasiyadan qorumaq, elektrik şəbəkələri və bəzi istehsal imkanları nəzərə alınıb.
Alimlərin fikrincə, qiyamət zamanı Yeni Zelandiya, İslandiya, Böyük Britaniya və İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti sığınacaq axtarmaq üçün ən təhlükəsiz ölkələrdir.

Yeni Zelandiya geotermal və hidroelektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yerdədir.
Araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları bildirilib.
Tədqiqat müəllifləri onu da vurğulayıblar ki, dünyanın gələcəyi ətraf mühitin məhv olması, məhdud resurslar və əhalinin artımı səbəbindən böyük təhlükə altındadır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}